Paytaxtda daha 1 bina sökülür - Sakinlər hara köçürüləcək? - ednews.net

8 Oktyabr, Şənbə

(+994 50) 229-39-11

Paytaxtda daha 1 bina sökülür - Sakinlər hara köçürüləcək?

Cəmiyyət A- A A+
Xəbər verdiyimiz kimi, Bakının Nizami rayonunda daha bir yaşayış binasının sökülməsinə başlanılıb. 
 
Ednews xəbər verir ki, bina Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yerləşir. 
 
Həmin binadan artıq sakinlərin köçürülməsinə başlanılıb. 
 
Bina sakinlərinin verdiyi məlumata görə, tikintini aparacaq şirkətlə razılığa gəlinərək, müqavilələr bağlanıb. Sakinlərə əvvəl yaşadığı mənzilin otaq sayına görə kirayə haqqı ödənilir.
 
Artıq bir neçə ailə kirayə mənzillərə köçürülüb. Onların sözlərinə görə, binaların yerində 14-16 mərtəbəli binalar tikiləcək və sakinlərə veriləcək yeni mənzillərin sahəsi isə indikindən 20 faiz böyük olacaq. Tikiləcək çoxmərtəbəli yaşayış binalarının 2 il müddətində istifadəyə verilməsi nəzərdə tutulur. 
 
Qeyd edək, həmin ünvanda yerləşən binalardan biri artıq bir neçə ay əvvəl sökülüb. Ərazidəki 11 binanın mərhələli şəkildə sökülməsi nəzərdə tutulur. İlkin mərhələdə 5, növbəti mərhələdə isə 6 bina söküləcəyi gözlənilir.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...