Bakı-Qazax yolunda yerüstü piyada keçidi inşa edilir - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

Bakı-Qazax yolunda yerüstü piyada keçidi inşa edilir

Cəmiyyət A- A A+
M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun km 25,3-km-də yerüstü piyada keçidi inşasına start verilib.
 
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Ednews-a verilən məlumata görə, iki giriş-çıxışdan ibarət piyada keçidi üstüaçıq metal konstruksiyalıdır, ümumi uzunluğu 51.6 metr, eni 3 metr, pilləkənlərin eni 3.0 metr yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edir.
 
Keçiddə özül svaylarının vurulması yekunlaşıb, hazırda dayaqların tikintisi aparılır.
 
Tikinti işlərinin cari il ərzində başa çatdırılması nəzərdə tutulur.
 
Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...