Göygöl rayonunun Ağdağ qəsəbəsi ərazisində, göldə batan 1 nəfərin axtarışları başa çatıb.
FHN-dən Ednews-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində batan şəxsin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Göygöl rayonunun Ağdağ qəsəbəsi ərazisində, göldə 1 nəfərin batması barədə məlumat daxil olub.
***
19:00
FHN-dən Ednews-a verilən məlumata görə, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Əlavə məlumat veriləcək.