Azərbaycan-Qazaxıstan Ekspert Şurasının ilk iclası keçirildi

Cəmiyyət 14:28 19.08.2022
Bu gün Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Azərbaycan-Qazaxıstan Ekspert Şurasının iclası keçirilib. 
 
Ednews xəbər verir ki, Qazaxıstan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar İnstitutu (SAİ) və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkilatçılığı ilə hibrid formatda təşkil olunan tədbirdə Ekspert Şurasının üzvləri çıxış edib. Giriş nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev və SAİ-nin direktoru Erkin Tukumov Qazaxıstan-Azərbaycan münasibətlərində hazırda aktual olan məsələlərə toxunub.
 
E.Tukumov qeyd edib ki, iki ölkə ekspertləri arasında əlaqələr son dövrlər sistematik və məhsuldar xarakter alıb.
 
F.Şəfiyev də Azərbaycan-Qazaxıstan ekspert icmaları arasında möhkəm platformanın yaradıldığını təsdiq edərək bəyan edib ki, bu görüşün Qazaxıstan Prezidenti Tokayevin səfəri öncəsi baş tutması xüsusi məna kəsb edir. 
 
Qazaxıstan Respublikası Parlamenti Məclisinin Xarici Əlaqələr, Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Aidos Sarım parlamentlərarası əlaqələrin əhəmiyyətinə toxunaraq bildirib ki, 44 günlük müharibə zamanı Qazaxıstan ictimaiyyəti Azərbaycanın yanında olduğunu açıq şəkildə ifadə edib.
 
Milli Məclisin deputatları Elşad Mirbəşiroğlu və Rasim Musabəyov çıxış edərək Azərbaycan və Qazaxıstan arasında siyasi və təhlükəsizlik sahəsində əlaqələrin yüksək səviyyədə olmasının iki xalq arasında ortaq tarix, etnik, mədəni, dini kimlikdən qaynaqlandığını qeyd ediblər. 
 
Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin Xarici Siyasət Araşdırmaları İnstitutunun İdarə Heyətinin sədr müavini Amangeldi Tajenov regionda və dünyada geosiyasi hadisələrin son dövrlər neqativ yöndə inkişaf etdiyini və buna görə də, Qazaxıstan və Azərbaycanın öz xarici siyasət fəaliyyətlərini xüsusən beynəlxalq təşkilatlarda qarşılıqlı koordinasiya etməsi zərurəti yarandığını vurğulayıb. 
 
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə iki ölkə arasında mövcud olan təhsil və mədəni əlaqələrdən bəhs edib.
 
TALAP Tətbiqi Tədqiqatlar Mərkəzinin direktoru Rahim Oşakbayev yeni geosiyasi reallığın düşüncə mərkəzləri arasında fikir mübadilələrini intensivləşdirməsi zərurətini diqtə etdiyini qeyd edərək, MDB, Avrasiya İttifaqı kimi təşkilatların ətalət (inersiya) vəziyyətində olduğunu, yeni inteqrasiya modellərinin, bu kontekstdə Türkiyə-Cənubi Qafqaz-Mərkəzi Asiya formatının nəzərdən keçirilməsinin vacibliyinə toxunub.
 
Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov regionun qonşuluğunda baş verən geosiyasi dəyişikliklərin Qazaxıstan və Azərbaycan üçün bir sıra daxili və xarici təhlükəsizlik çağırışları yaratdığını, həmçinin iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün tarixi şans yarandığını, bunun üçün investisiya təhlükəsizliyi mühitinin yaradılmasının, ticarət və gömrük sahəsində dövlət strukturlarının fəaliyyətlərinin sinxronizasiya edilməsinin vacibliyini bildirib. 
 
“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının baş katibi Qaydar Abdikerimov son dövrlərdə Orta Koridora tələbatın artdığını açıqlayıb. BMTM-in aparıcı məsləhətçisi Nağı Əhmədov Orta Koridor ilə tranzit yükdaşımalarının artması ilə yanaşı Azərbaycan ilə bu koridor üzərində yerləşən Mərkəzi Asiya ölkələri, xüsusən də Qazaxıstan arasında son illərdə ticarət dövriyyəsinin həcmində artım tendensiyasının müşahidə olunduğunu bildirərək bu ilin birinci yarısında Azərbaycan və Qazaxıstan arasında ticarətin ötən ilə nisbətən altı dəfədən çox artaraq tarixi zirvəyə çatdığını bəyan edib.
 
Dünya İqtisadiyyatı və Siyasəti İnstitutunun baş eksperti Lidiya Parxomçik isə Xəzər regionu ölkələri arasında ticarət-iqtisadi əlaqələrin inkişaf etməsiylə bərabər bir sıra texniki və bürokratik problemlərin həllini gözlədiyini qeyd edib. 
 
Qeyd edək ki, cari ilin may ayında “Azərbaycan-Qazaxıstan Ekspert Şurasının yaradılması haqqında Anlaşma Memorandumu” imzalanıb. 
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı