Meşə yanğınlarının turizmə vurduğu ziyan AÇIQLANDI - ednews.net

30 Sentyabr, Cümə

(+994 50) 229-39-11

Meşə yanğınlarının turizmə vurduğu ziyan AÇIQLANDI

Cəmiyyət A- A A+
Şabran, Qəbələ, Oğuz, Siyəzən və Quba rayonlarında yerləşən meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınlar nəticəsində turizm infrastrukturuna dəymiş ziyan araşdırlır.
 
Ednews xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyidən (DTA) Trend.az-ın sorğusuna cavab olaraq bildirilib.
 
“Rayonlarda baş verən məlum yanğınlarla bağlı prosesləri izləyirik. Aidiyyəti strukturlara sorğular vermişik və bu istiqamətdə məlumatları toplayırıq. Bundan sonra isə turizm infrastrukturuna dəyən ziyanın tam miqyası müəyyənləşəcək”,- deyə agentlik qeyd edib.
 
Qeyd edək ki, avqustun 15-dən 20-dək Şimal regionunda baş verən yanğınlar nəticəsində təxminən 5 min hektar ərazi yanıb.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...