Masallı rayonunda meşəlik ərazidə yanğın qeydə alınıb.
Ednews xəbər verir ki, yanğın rayonun Qəriblər kəndi yaxınlığında İstisu meşələrində baş verib.
Çağırışla əlaqədar Fövqəladə Hallar Nazirliyin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb olunub.