“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2 027 nömrəli Bakı-Antalya reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.
Ednews xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, təyyarə saat 07.57-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.
Sərnişinlər digər təyyarə ilə Antalyaya yola düşəcəklər.