Ötən gündən Masallı rayonunun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə başlanan yanğın lokallaşdırıb.
Ednews xəbər verir ki, FHN-in Masallı Yanğından Mühafizə Hissəsinin rəisi Qabil Nemətov APA-nın yerli bürosuna açıqlamasında bildirib ki, yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.
Yanğın 8204 hektar meşə zolağının ilkin məlumata əsasən 5,5 hektarını əhatə edib.
Hazırda yanğının hansı səbəbdən baş verməsi araşdırılır. Yanğın olan ərazi tam nəzarətə götürülüb.