Şabran rayonunda ötən gün baş verən yanğın zamanı yarım hektar meşə sahəsi yanıb.
Ednews Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə Şabran RİH başçısının müavini İlkin Ağayev danışıb.
Onun sözlərinə görə, Çuxurəzəmi kəndinin dağlıq meşə massivində baş verən yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Amma hazırda ərazidə tüstülənmə ocaqları qalıb.
FHN-in yanğınsöndürmə texnikası və işçi qüvvəsı, meşə təsərrüfatı işçiləri tüstülənən yerlərin söndürülməsi işlərini həyata keçirir.
İlkin Ağayev Şabranda qeydə alınan yanğının yenidən baş verməsinə gəlincə isə bildirib ki, burada insan faktorunun olması istisna ediĺmir. Bununla bağlı araşdırma gedir.