Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribov vəfat edib.
Ednews xəbər verir ki, ürəyində problemləri olan Fikrət Qəribov ötən gün dünyasını dəyişib.
Qeyd edək ki, Fikrət Qəribov Naxçıvanın sabiq təhsil naziri Məmməd Qəribovun qardaşıdır.
Apa.az-ın məlumatına görə, Məmməd Qəribov bir müddət əvvəl həbs edilsə də, daha sonra şərti cəza alaraq azadlığa buraxılıb.