Yaxın bir həftədə Ağalı kəndinə daha 25 ailə köçürüləcək - ednews.net

3 Oktyabr, Bazar ertəsi

(+994 50) 229-39-11

Yaxın bir həftədə Ağalı kəndinə daha 25 ailə köçürüləcək

Cəmiyyət A- A A+
"Yaxın bir həftə ərzində Zəngilan rayonunun Ağalı kəndinə 25 ailə köçürüləcək".
 
Ednews xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev "Real TV"yə müsahibəsində deyib.
 
Onun sözlərinə görə, Ağalı kəndində 200 evdən ibarət kənd salınıb: 
 
"41 ailə artıq orada öz həyatını davam etdirir. Yaxın bir həftə ərzində 25 ailəni "Ağıllı kənd"ə köçürməyi nəzərdə tuturuq. Bundan sonra da Dövlət Komitəsinin qarşısında qoyulan bütün tapşırıqları yerinə yetirməyə hazırıq. Ümumilikdə 200 ailənin ora köçürülməsini mərhələ-mərhələ həyata keçirəcəyik".


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...