Bakıda hovuz zibil quyusuna çevrilib - VİDEO - ednews.net

7 Oktyabr, Cümə

(+994 50) 229-39-11

Bakıda hovuz zibil quyusuna çevrilib - VİDEO

Cəmiyyət A- A A+

Su hovuzunun içərisi su ilə deyil, tullantılarla doludur. Ətrafa yayılan üfunət insanları təngə gətirib.

Ednews Xəzər Xəbər-ə istinadən xəbər verir ki, söhbət paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsindən gedir.

Gülbala Əliyev küçəsi döngə 3 ünvanında yaşayan sakinlər iddia edirlər ki, yaxınlıqdakı neft çənlərinə görə sovet vaxtı həmin ərazidə təhlükəsizliyi təmin etmək məqsdədilə su hovuzu tikilib. Əvvələr hovuz işlək vəziyyətdə olub, indi isə təyinatına uyğun istifadə edilmir.

Diametri təxminən 10, dərinliyi isə 3 metrə qədər olan su hovuzuna məişət tullantıları atılır. Bu isə ərazidə antisanitar vəziyyət yaradır. Üstəlik, hovuzun ətrafının çəpərlənməməsi təhlükədən xəbər verir.

Ona görə də sakinlər hovuzun sökülməsini təklif edirlər.

Məsələ ilə bağlı su hovuzun aid olduğu SOCAR-a  müraciət etdik. Qurumdan bildirildi ki, mövcud vəziyyətlə bağlı araşdırma aparılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...