Milli qanunvericilik bazası "E-qanun" mobil tətbiq versiyasının təqdimatı keçirib.
Ednews xəbər verir ki, elektron bazada respublikanın qanunvericilik sisteminə daxil olan aktların mətnləri ilə yanaşı, Ali Məhkəmənin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Tarif Şurasının qərarları, habelə BMT-nin Təhlükəsizlik Şurasının bəzi qərarları da yer alıb.
Təqdimatda Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova da çıxış edib.
Yeni istifadəyə verilən mobil tətbiqin “e-qanun.az” saytının bütün funksiyalarını özündə ehtiva etdiyini, tətbiqin stolüstü versiyası ilə müqayisədə əlavə funksiyaları olduğunu vurğulayıb.
Əbülfət Baxşəli