“Ayaqyalın, çılpaq gəldik...” Azərbaycanlılar köçkünlüyün dəhşət dolu hekayələrindən danışdılar

Cəmiyyət 17:49 12.09.2022

Ednews “Əl-Cəzirə” Media Şəbəkəsinin aparıcı jurnalisti, peşəkar təlimçi Məhəmməd Qulam Boubanın “Azərbaycanlıların köçkünlük, dəhşət və ümid dolu hekayələri” ilə bağlı yazısını təqdim edir.

Lalə Həsənova atəş xəttindən üç kilometr aralıda, erməni gülləsi nəticəsində övladını basdırdığı evin qarşısında oturub. Öz bədbəxtliyinə yas tutaraq, ağrı və ümid dolu nağıllarını danışmağa başladı.

Lalənin gözləri üfüqlərə dalıb. Onun qızı 2016-cı ilin aprelində ermənilər tərəfindən öldürülüb.

30 il əvvəl Kəlbəcərdə sakit bir ömür sürən Lalə Həsənova 1993-cü ildə erməni qoşunlarının hücumu ilə köçkün həyatına keçid aldı. Təhlükəsiz həyatı qorxu, əmin-amanlıq içində yaşadığı günləri isə səfalətə çevrildi...

جويليات حسنوفا أم لطفلين وزوجها نازح من لاتشين وقد قتل عام 2014 بسبب ارتطامه بلغم أرضي (الجزيرة)

Lalə vaxtaşırı dərindən ah çəkir və danışmağa başlayır: "Düşmənin yaxınlaşmasını hiss edən kimi ayaqyalın, heçnəsiz cəbhə xəttindən bir neçə kilometr aralıda yerləşən əraziyə yerləşdik".

Teatr və gənclər institutunun yerləşdiyi Kəlbəcər əslində bu ərazidən çox da uzaqda yerləşmir. Həsən Qaya, 60 kilometrdən çox, lakin erməni ordusunun yerləşdiyi ərazilərdən qaçmaq üçün dolama yollarla 450 kilometr yol tələb olunur. Baxmayaraq ki, Azərbaycan hökuməti hələ də məcburi köçkünlərin öz kəndlərinə qayıtmasına icazə vermir, çünki onlar ərazilərin ermənilər tərəfindən yerləşdirilmiş minalardan təmizlənməsini gözləyir.

Lalədən Kəlbəcər və Həsən Qayadakı həyatını müqayisə etməsi haqda soruşanda, o, səsindəki həyəcanı gizlədə bilmirdi: "7 çayın birləşdiyi Suqovuşandakı həyatımızla heç bir həyatı müqayisə etmək olmaz. Ağıla gələcək bütün meyvələrin yurdu sayılan yerdə biz  "Bazar"-ın nə olduğunu bilmirdik. Çünki orada hər cür meyvə, tərəvəz, ət və süd məhsulları əldə etmək olurdu". 

İstilik sistemi, su və işıq problemi olan indiki yoxsul həyatımızla o günləri müqayisə etmək mümkünsüzdür.

O, 1996-cı ildə ermənilərin Kəlbəcərdən Tərtərə axan çayın məcrasını kəsərək, onların həyatının cəhənnəmə çevrildiyini də əlavə etdi.

Lalə Həsənovanın taleyi bu kənddəki bir çox yaşıdlarının taleyindən heç də fərqlənmir.

Bu isə 1993-cü ildə “ermənilərin əli ilə etnik təmizləmə əməliyyatları” zamanı yaşadığı Kəlbəcər kəndindən didərgin düşmüş 39 yaşlı Cülyetta Həsənovadır. 

Top gülləsi sayəsində bir gözü kor olmuşdu, mədəsindən isə ağır yaralanmışdı. Mərmi onun başındakı tükləri tamamilə qopardıqdan sonra o, saç uzatma əməliyyatı keçirmişdi. 2 övladını və həyat yoldaşını 2014-cü ildə mina partlayışı nəticəsində itirən Cüliyetta başına gələn hadisələrin 2020-ci il müharibəsi ərəfəsində, artilleriya atəşindən qaçarkən baş verdiyini vurğuladı. Onun evi darmadağın olub.

Köçkünlər işğal altında olmayan geniş ərazilərdə və Azərbaycanın digər rayonlarında məskunlaşmışdılar. Paytaxt Bakıdan 327 kilometr aralıqda yerləşən Tərtər rayonunda dövlətin köçkünlər üçün tikdirdiyi 5300 nəfərin məskunlaşdığı 34 binanın yanından keçdik.

Azərbaycan höküməti birinci Qarabağ müharibəsində evlərini tərk edən məcburi köçkünlərin sayını bir milyona yaxın çatdığını bildirdi.

Vətəndaş cəmiyyəti köçkünlərə fəal şəkildə yardım etməkdədir. Beynəlxalq Avrasiya Mətbuat Fondunun Qarabağ bölgəsi üzrə regional ofisinin direktoru Oğuz Umudun Əl-Cəzirə İctimai Azadlıqlar və İnsan Haqları Mərkəzinə verdiyi məlumata görə, Fond minalarla mübarizə ilə yanaşı, həmçinin tikiş, bərbərlik, aşbazlıq və kompüter kursları kimi peşə hazırlıqlarının tikilməsində rol oynayır və onlara kiçik layihələrə başlamaqda köməklik göstərir.

Kökləri onilliklərə uzanan münaqişənin epizodları 1992 və 1993-cü illərdə ermənilərin iki böyük hücumu ilə daha da şiddətləndi, nəticədə 30 minə yaxın insan həlak oldu, yüz minlərlə azərbaycanlı məcburi köçkünə çevrildi. 2020-ci ildəki son müharibə ilə daha da gücləndi.

Amma Türkiyənin dəstəyi ilə Azərbaycanın xeyrinə olan bu müharibə nəticəsində Kəlbəcər də daxil olmaqla, bir çox rayonlar və kəndlər işğaldan azad edildi. Bu qələbə həmçinin, yas tutanların da bütün ümidlərini doğrultmuş oldu.

Lalə Həsənova deyir ki, başına gələnlərə baxmayaraq, son müharibədən sonra o həyata bir qədər ümidlə baxır. Vətənə dönmək ümidi ilə yaşayan, hətta “diz üstə” qayıtmağa hazır olduğunu vurğulayan Culiyetta Həsənova hökümətdən "torpaqlar artıq təhlükəsizdir"- siqnalını gözlədiyini vurğuladı.
 

Ərəb dilindən tərcümə edən: Rəna Mürşüd

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı