Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi “Youtube” kanalı istifadəyə verilib.
DYP-dən Ednews-a verilən məlumata görə, “BAŞ DÖVLƏT YOL POLİSİ İDARƏSİ” adlı kanalda Dövlət Yol Polisi xidmətinin gündəlik fəaliyyəti ilə bağlı xəbərlər, foto və video görüntülər, təhlillər, monitorinqlərin nəticələri, proqnozlar, ekspert və mütəxəssis rəyləri, yol qəzaları haqda eksklüziv məlumatlar, canlı bağlantılar, xüsusi fotobank təqdim edilir.
Qeyd edək ki, sözügedən kanala istifadəçilər tərəfindən aidiyyəti foto və ya video materiallar, təkliflər göndərilə bilər.