Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayevin sentyabrın 13-də sərhəddə baş verən erməni təxribatı ilə bağlı Twitterdə etdiyi paylaşımı ilə diqqət çəkib.
Ednews xəbər verir ki, səfir bildirib ki, Ermənistanın hər zaman regionda əmin-amanlıq yaratmaq istəyən Azərbaycana cavabı mənfi olub. O, həmçinin Ermənistanın sülh müqaviləsini necə pozduğunu öz paylaşımında əks etdirib.
“Azərbaycan: Müharibə bitdi, sülh sazişi imzalayaq!
Ermənistan: Yox.
Azərbaycan: Ərazi bütövlüyünü tanımaqla terror iddialarından imtina edin!
Ermənistan: Yox.
Azərbaycan: Sərhədləri açın!
Ermənistan: Yox!
Azərbaycan: Qoşunlarınızı Qarabağdan geri çəkin!
Ermənistan: Yox!
Azərbaycan: Hərbi əməliyyatları dayandırın!
Ermənistan: Yox”.
Nəzrin Beydiyeva