Sentyabrın 15-də paytaxt sakinləri II Fəxri Xiyabanı ziyarət ediblər. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin məzarı üstünə güllər qoyulub, xatirələrinə ehtiram ifadə edilib.
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Ednews video-süjeti təqdim edir: