“Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 16 sentyabr saat 11:00-da başlayacaq.
Ednews xəbər verir ki, aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.