Şəhid Eşqin Omarov Ağstafada dəfn edilib - FOTOLAR - ednews.net

30 Sentyabr, Cümə

(+994 50) 229-39-11

Şəhid Eşqin Omarov Ağstafada dəfn edilib - FOTOLAR

Cəmiyyət A- A A+

Düşmən təxribatının qarşısını alan zaman şəhid olan Eşqin Omarov Ağstafada dəfn edilib.

Ednews-un Apa-ya istinadən verdiyi məlumatına görə, 2003-cü il təvəllüldü şəhidlə rayonun Aşağı Kəsəmən kəndində yaşadığı evdə vida mərasimi keçirilib.

Vida mərasimindən sonra 19 yaşlı şəhid doğulduğu Aşağı Kəsəmən kənd qəbirstanlığında torpağa tapşırılıb. Dəfin mərasimində rayon icra hakimiyyətinin rəhbərliyi, ailə üzvləri, rayon sakinləri, ictiamiyyət nümayəndələri iştirak edib.

Dəfndən sonra üçrəngli bayrağımız şəhidin atasına təqdim edilib.

Qeyd edək ki, Eşqin Omarov 2003-cü ildə Ağstafa rayonun Aşağı Kəsəmən kəndində anadan olub. Onun 19 yaşı bu ilin iyulun 10-da tamam olmuşdu. Bir ildən çox idi ordu sıralarında xidmət edirdi.

1

1

1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...