"Xəzərdə böyük külək enerjisi potensialımız var" - RƏSMİ - ednews.net

25 Sentyabr,

(+994 50) 229-39-11

"Xəzərdə böyük külək enerjisi potensialımız var" - RƏSMİ

Cəmiyyət A- A A+
"Biz Xəzərin Azərbaycan sektorunda böyük külək enerjisi potensialı aşkar etmişik". 
 
Ednews xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Rumıniyada Beynəlxalq Qaz Konfransında deyib.
 
"Burada külək enerjisi potensialı 157 giqavatdır ki, bunun da 35 giqavatı dayaz sulardadır. Bu, çox sərfəli layihədir və biz artıq danışıqlara, eləcə də müxtəlif enerji şirkətləri ilə bəzi layihələrə başlamışıq.
 
Bu gün biz Rumıniya, Gürcüstan, Macarıstanla Avropa bazarına daşınma yollarını müzakirə edirik. Bu, bizim Avropanın enerji təhlükəsizliyinə uzunmüddətli töhfəmiz olacaq", - nazir bildirib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...