Azərbaycanda mikroavtobus qəzaya uğradı - 15 nəfər yaralandı - ednews.net

27 Noyabr,

(+994 50) 229-39-11

Azərbaycanda mikroavtobus qəzaya uğradı - 15 nəfər yaralandı

Cəmiyyət A- A A+
Ağstafa rayonunda mikroavtobus qəzaya uğrayıb.
 
TƏBİB-dən Ednews-a verilən məlumata görə, Bakı-Qazax avtomobil yolunda baş verən hadisə ilə əlaqədar Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım briqadaları əraziyə cəlb olunub. 
 
Hadisə nəticəsində xəsarət alan 15 nəfər Ağstafa Rayon Mərkəzi Xəstəxanasına təxliyyə edilib. 
 
Hazırda onlara zəruri tibbi yardım göstərilir. Xəsarət alanlardan 12 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Əlavə məlumat veriləcəkdir.
 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...