Həftənin ilk “Açıq mikrofon" aksiyası Xaçmazda baş tutdu - FOTOLAR - ednews.net

4 Dekabr,

(+994 50) 229-39-11

Həftənin ilk “Açıq mikrofon" aksiyası Xaçmazda baş tutdu - FOTOLAR

Cəmiyyət A- A A+
SOCAR “Azəriqaz” İstehsalat Birliyinin regionlarda təşkil etdiyi “Səyyar qəbul otağı”nın növbəti dayanacağı Xaçmaz rayonu olub.
 
Ednews xəbər verir ki, ənənəvi hal alan aksiyada ümumilikdə 13 müraciət ünvanlanıb. Mikrofon önünə keçən abonentlərdən Həsən Əliyev və Nicat Nəcəfov fərdi yaşayış evində sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edilməsini xahiş ediblər. Həmçinin aksiya zamanı digər sakinlər qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı müraciətlərini də səsləndiriblər. Qalan digər müraciətlər arasında Yergüc kəndində yeni yaşayış massivinin qazlaşdırılması, fərdi yaşayış evlərinə qaz xəttinin çəkilməsi və debitor borcun hiss-hissə ödənilməsinə şərait yaradılmasına köməkliyin göstərilməsi kimi istəklər yer alıb. Hər bir müraciət Birliyin Xaçmaz Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb. Bəzi müraciətlərin araşdırılmasına dair tapşırıq verilib.
1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...