Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla YAD EDİLƏCƏK - ednews.net

4 Dekabr,

(+994 50) 229-39-11

Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla YAD EDİLƏCƏK

Cəmiyyət A- A A+
Bu gün Azərbaycan ərazisində 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
 
Ednews xəbər verir ki, bu məqsədlə Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılacaq.
 
Həmçinin, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində, Bakıda, digər şəhər və rayonlarda, qəsəbələrdə, kəndlərdə dövlət bayraqları endiriləcək.
 
Qeyd edək ki, bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən Müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.
 
Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd olunur.
 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...