"Ölkənin beyin mərkəzlərinin vahid platforması yaradılmalıdır" - Zahid Oruc - ednews.net

26 Noyabr, Şənbə

(+994 50) 229-39-11

"Ölkənin beyin mərkəzlərinin vahid platforması yaradılmalıdır" - Zahid Oruc

Cəmiyyət A- A A+
"Ölkənin beyin mərkəzlərinin vahid platforması yaradılmalıdır. Azərbaycan Beyin Mərkəzlərinin I Forumunun Vətən müharibəsinin ikinci ildönümündə keçirilməsi mühüm hadisədir".
 
Ednews xəbər verir ki, bunu deputat, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc Azərbaycan Beyin Mərkəzlərinin I Forumunda çıxışı zamanı deyib.
 
O bildirib ki, Azərbaycan öz müstəqilliyini Vətən müharibəsində hərb meydanında yenidən qazandı:
 
"Vətən müharibəsi dünyadakı bütün savaşların ədalətlə başa çatmasını göstərən unikal nümunədir".
 
Deputatın fikrincə, Azərbaycanda analitik mərkəzlərin yaranması 2000-ci illərdən formalaşmağa başlayıb:
 
"Bu, forum mühüm platformadır. Azərbaycanda beyin mərkəzlərinin kəmiyyət artımını keyfiyyət müstəvisinə çıxarmaq lazımdır. Ona görə də beyin mərkəzlərinin vahid platforması yaradılmalıdır".


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...