Postmüharibə dövründə 11 min nəfərə 34 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti, o cümlədən 2554 nəfərə reabilitasiya müəssisələrində xidmətlər göstərilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Ednews-a verilən xəbərə görə, I və II Qarabağ müharibəsi əlillərindən ibarət 352 şəxsə 367 yüksək texnologiyalı müasir protezlər verilib.
1605 müharibə əlili 25 min reabilitasiya vasitəsi ilə təmin olunub, 3 minədək ailənin üzvlərinə psixoloji dəstək göstərilib.