"Babək" baletinin premyerası keçiriləcək - ednews.net

30 Noyabr, Çərşənbə

(+994 50) 229-39-11

"Babək" baletinin premyerası keçiriləcək

Cəmiyyət A- A A+
Oktyabrın 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın Xalq artisti, bəstəkar Aqşin Əlizadənin “Babək” baletinin premyerası keçiriləcək. Bu barədə Ednews-a teatrdan məlumat verilib. Bildirilib ki, tamaşa əfsanəvi xalq qəhrəmanı, igid sərkərdə Babəkin öz xalqının azadlığı uğrunda mübarizəsinə həsr olunub. Yeni tamaşanın quruluşçu baletmeysteri, Azərbaycanın Xalq artisti Kamilla Hüseynova, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir. Balet tamaşasını dirijorların Antal Dorati adına beynəlxalq müsabiqəsinin laureatı Orxan Haşımov idarə edəcək. Əsas rolları Azərbaycan Respublikasının Əməkdar artistləri Anar Mikayılov (Babək), Cəmilə Kərimova (Alnisə), Makar Ferştandt (Əmir) və truppanın aparıcı solistləri Ayan Eyvazova (Pərişad) və Seymur Qədiyev (Cavidan) ifa edəcəklər.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...