Balakəndə avtomobil 4 yaşlı qızı vuraraq öldürüb - ednews.net

3 Dekabr, Şənbə

(+994 50) 229-39-11

Balakəndə avtomobil 4 yaşlı qızı vuraraq öldürüb

Cəmiyyət A- A A+

Balakəndə avtomobil 4 yaşlı qızı vuraraq öldürüb.

Ednews xəbər verir ki, hadisə oktyabrın 5-i saat 18:20 rayonun Hənifə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü İlkin Məmmədov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olan zaman 2018-ci il təvəllüdlü Mirvari Allahverdiyevanı vurub. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...