Azərbaycanda dünən 50 cinayətkar tutulub - ednews.net

30 Noyabr, Çərşənbə

(+994 50) 229-39-11

Azərbaycanda dünən 50 cinayətkar tutulub

Cəmiyyət A- A A+
Oktyabrın  6-da ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   
 
Ednews xəbər verir ki, bu barədə informasiyanı DİN-in Mətbuat Xidməti yayıb.
 
Axtarışda olduğuna görə ümumilikdə 52, o cümlədən borclu şəxs qismində axtarışda olan 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 
 
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.    
 
Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...