"Azərbaycan ərazilərinin 30 illik işğalı, bu müddətdə meşələrin qırılması, suların çirkləndirilməsi bölgənin ekologiyasına ciddi ziyan vurub".
Ednews xəbər verir ki, bunu Naftalanda keçirilən "Naftalan - Sağlamlıq və Turizmin Sinerji Mənbəyi: Regionda Yeni Reallıqlar" beynəlxalq elmi-pratik konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament rəisi Rauf Hacıyev deyib.
"Vətən Müharibəsindən dərhal sonra başlanmış bərpa və quruculuq işləri bölgənin ekoloji durumuna da müsbət təsir edəcək", - deyə o, qeyd edib.