ANAMA-nın idarə rəisi Ramil Əzizov minalı sahələrindəki təhlükədən danışıb.
Ednews xəbər verir ki, o, bu barədə Azərbaycan Dövlət Televiziyasının səhər efirində qonaq olarkən tamaşaçılara məlumat verib. Söhbət zamanı R. Əzizov qeyd edib ki, Vətən müharibəsindən sonra minalanan ərazilərdə yerləşən kəndlərin sakinləri xeyli zərər çəkib.
“Məcburi köçkünlərimizin içindən 27 nəfər insan bu terrorun qurbanı olub. Amma aparılan davamlı tədbirlər nəticəsində həm məcburi köçkünlər, həm də qeyd etdiyim müvafiq kəndlərin əhalisi maarifləndirmə sayəsində daha məlumatlı oldular”.
Müsahibəsi zamanı idarə rəisi bir çox maraqlı məlumatlar da səsləndirib.
Sözügedən müsahibəni təqdim edirik: