DİN-in Kollegiya iclası keçirilib

Cəmiyyət 18:17 14.10.2022

Oktyabrın 14-də Daxili İşlər Nazirliyində təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, cinayətlər və xırda talamalar nəticəsində vətəndaşlara vurulmuş ziyanın ödətdirilməsi işinin vəziyyətinə, eləcə də cari ilin 9 ayının yekunlarına həsr olunmuş Kollegiya iclası keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ednews-a verilən

məlumata görə, iclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müzakirəyə çıxarılan hər üç məsələnin fundamental insan hüquqlarının müdafiəsində, vətəndaşların qanuni mənafelərinin cinayətkar qəsdlərdən qorunmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Gündəlikdəki məsələlər barədə Nazirliyin aidiyyəti baş idarələrinin rəisləri məruzə edərək müzakirə olunan məsələlərlə bağlı görülmüş işlərdən, əldə edilmiş nəticələrdən, yol verilmiş nöqsanlardan və onların aradan qaldırılmasının gedişindən danışıblar. Qeyd olunub ki, cari ilin 9 ayında respublika üzrə axtarışda olanların 81,4 faizi tutularaq istintaqa təhvil verilib. Cinayət işləri və xırda talamalar nəticəsində vətəndaşlara vurulmuş ziyanın təxminən 90 faizə qədəri ödətdirilib.

Həmin müddətdə qanunsuz dövriyyədən 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 293 kiloqram çox, yəni ümumi dəyəri 40 milyon manat təşkil edən 3 ton narkotik vasitə və 300 kiloqramdan artıq psixotrop maddə, o cümlədən narkotiklərin onlayn satışı ilə bağlı 241 fakt müəyyən edilərək qeyri-leqal dövriyyədən 1 ton 400 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə çıxarılıb. Keçirilmiş əməliyyat tədbirləri ilə 289 nəfərdən ibarət 113 cinayətkar qrup zərərsizləşdirilib.

Tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının və yabanı halda yayılmasının profilaktikası yönümündə də davamlı iş aparılıb. Xüsusi əməliyyat planı üzrə keçirilən tədbirlərlə ümumi çəkisi 25 tona yaxın olan çətənə və xaş-xaş kolu, eləcə də yabanı halda bitmiş 166 tondan çox həmin növ bitki aşkarlanaraq məhv edilib.

Məruzələr ətrafında bir sıra ərazi orqanlarının rəisləri çıxış edərək görülmüş və planlaşdırılan tədbirlər barədə məlumat veriblər.

İclasa yekun vuran nazir V.Eyvazov cari ilin 9 ayında asayişin və ictimai təhlükəsizliyin təmini ilə bağlı qarşıya qoyulmuş vəzifələrin bütövlükdə layiqincə yerinə yetirildiyini, cinayətkarlıqla mübarizədə, insan hüquq və azadlıqlarının qorunmasında əldə olunmuş müsbət nəticələrin hesabat dövründə də qorunub-saxlanıldığını vurğulayıb. Cinayətkarlığa, onun transmilli növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirən hər bir şəxsə, o cümlədən blogerlərə və digər ictimai fəallara, qeyri-hökumət təşkilatlarının nümayəndələrinə və media mənsublarına minnətdarlıq bildirib.

Bu xüsusda onu da nəzərə çatdırıb ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə, həmçinin həmin vasitələrin onlayn satışı sahəsində faktların 20 faizə qədəri məhz vətəndaşların məlumatları əsasında aşkarlanaraq cinayəti törətmiş şəxslər ifşa olunublar.

Eyni zamanda, nəqliyyatın sayının sürətlə artdığı bir dövrdə paytaxtda nəqliyyat sıxlığının aradan qaldırılması ilə bağlı görülən işlərin üzərində də dayanan nazir yolların kənarında qeyri-qanuni saxlanılan və nəqliyyatın normal axınına maneçilik törədən avtomobillərin kənarlaşdırılmasının və digər qanunazidd halların aradan qaldırılmasının, ümumən bu sahədə tədbirlərin gücləndirilməsinin vacibliyinə toxunub.

Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin təkmilləşdirilməsi, o cümlədən funksionallığının artırılması ilə əlaqədar qarşıda duran vəzifələri də müəyyən edərək aidiyyəti qurumların rəhbərlərinə bir sıra tapşırıqlar verib. Həmçinin, günün vacib tələblərindən olan ekoloji cinayətlərin və müvafiq sahədə baş verən inzibati xətaların qarşısının alınması üzrə həyata keçirilən tədbirlərin, xüsusən qanunsuz ağac kəsmə, qiymətli ağacların məhv edilməsi hallarına qarşı mübarizənin daha məqsədyönlü aparılmasının zəruriliyini vurğulayıb.

Bütün bunlarla yanaşı, bəzi ərazi orqanlarının fəaliyyətində müəyyən nöqsan və çatışmazlıqlara da diqqət çəkərək onların aradan qaldırılması üçün lazımi tədbirlərin həyata keçirilməsini, qanunçuluğun möhkəmləndirilməsini, vətəndaşların problemlərinə, şikayətlərinə daha böyük həssaslıqla yanaşılmasını, bütövlükdə vətəndaş məmnunluğunun davamlı surətdə təmin olunmasını tələb edib.

General-polkovnik Vilayət Eyvazov əmin olduğunu bildirib ki, şəxsi heyət bundan sonra da öz məsul vəzifələrinin və qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gələcək, ölkədə sabitliyin və əmin-amanlığın, dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında qüvvə və bacarığını əsirgəməyəcəkdir.

Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO

Xəbər xətti

Ötən ay Azərbaycanda ən çox ucuzlaşan məhsullar – SİYAHI
13:05 13.05.2024
Temperaturun 3 dərəcə qalxması nələrə səbəb ola bilər? – ARAŞDIRMA
Temperaturun 3 dərəcə qalxması nələrə səbəb ola bilər? – ARAŞDIRMA
13:00 13.05.2024
"Paşinyanın tək yolu Azərbaycanla sülh müqaviləsi bağlamaqdır" - Moldovali ekspert şərh edir
13:00 13.05.2024
ATƏT sədri sabah Bakıya gələcək - YENİLƏNİB
12:50 13.05.2024
Geomaqnit qasırğası gözlənilir
Geomaqnit qasırğası gözlənilir
12:45 13.05.2024
MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi
12:41 13.05.2024
MEDİA çap mediası subyektləri üçün müsabiqə ELAN EDİR
12:35 13.05.2024
Ərdoğan Yunanıstanı sülhü təmin etmək üçün qəti addımlar atmağa çağırdı
12:30 13.05.2024
Azərbaycanda illik inflyasiya ENDİ
12:25 13.05.2024
Əməkdar artist vəfat etdi
12:21 13.05.2024
"Rusiyada daxili vəziyyət qarışıqdır" - Ukraynalı deputat açıqlayır
12:15 13.05.2024
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə rəis təyin olunan Müşfiq Məmmədov KİMDİR? – DOSYE
11:55 13.05.2024
Bu ölkələrin rəsmiləri İlham Əliyevin QƏBULUNDA
11:53 13.05.2024
Əhmədlə bağlı yekun ekspertiza rəyi AÇIQLANDI
11:50 13.05.2024
Azərbaycanda güclü zəlzələ GÖZLƏNİLİR? – AÇIQLAMA
11:40 13.05.2024
Qarabağ Universitetində 1200 tələbə təhsil alacaq - RƏSMİ
11:20 13.05.2024
Dövlətlər kriptovalyutalara nə qədər maraq göstərir - ARAŞDIRMA
Dövlətlər kriptovalyutalara nə qədər maraq göstərir - ARAŞDIRMA
11:15 13.05.2024
Erməni keşiş “Dağlıq Qarabağ”a qayıtmaq istədiyini bildirib - VİDEO
Erməni keşiş “Dağlıq Qarabağ”a qayıtmaq istədiyini bildirib - VİDEO
11:00 13.05.2024
Kanada qəzetində Baqrat Qalstanyan haqqında utanc verici faktlar yayımlanıb - FOTO
Kanada qəzetində Baqrat Qalstanyan haqqında utanc verici faktlar yayımlanıb - FOTO
10:52 13.05.2024
Azərbaycanda külli miqdarda aksiz markasız siqaretlər aşkar edilib
10:50 13.05.2024
Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib
10:47 13.05.2024
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır
10:40 13.05.2024
Tayland marixuananı yenidən qadağan edir
Tayland marixuananı yenidən qadağan edir
10:30 13.05.2024
Akademik: İşğal dövründə 20-dən çox seysmoloji stansiya dağıdılıb
10:20 13.05.2024
Sumqayıtda qadının sürdüyü təlim maşını YANDI
10:07 13.05.2024
"Biz müharibəyə hazırıq" - Böyük Britaniya MN
"Biz müharibəyə hazırıq" - Böyük Britaniya MN
10:06 13.05.2024
Neftin qiyməti kəskin azalacaq - PROQNOZ
Neftin qiyməti kəskin azalacaq - PROQNOZ
09:50 13.05.2024
Bakıda ICESCO-nun Konfransı işə başladı - 40-dan çox xarici nümayəndə qatılıb
09:42 13.05.2024
Bəzi yerlərdə leysan yağır - FAKTİKİ HAVA
09:40 13.05.2024
Bolqarıstan kralı I Ferdinand 36 ildən sonra ölkəsinə qayıdır
Bolqarıstan kralı I Ferdinand 36 ildən sonra ölkəsinə qayıdır
09:35 13.05.2024
Rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ
09:28 13.05.2024
Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO
09:24 13.05.2024
ABŞ sanksiyalar siyahısına daha 37 şirkəti əlavə edib
ABŞ sanksiyalar siyahısına daha 37 şirkəti əlavə edib
09:15 13.05.2024
Bakıda bu gün temperatur enəcək
09:09 13.05.2024
“Xarıbülbül” festivalı bu gün Laçında başa çatacaq - VİDEO
09:00 13.05.2024
Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
23:00 12.05.2024
Quba və Xaçmaza dolu yağır
Quba və Xaçmaza dolu yağır
22:40 12.05.2024
Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
22:20 12.05.2024
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
22:00 12.05.2024
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
21:40 12.05.2024
Hamısı