"Qadınlarımız dəyişib, artıq onları tanımıram"

Cəmiyyət 23:59 21.10.2022

"Mən və bacım Fidan xanım (Xalq artisti Fidan Qasımova - red.) təhsilə böyük diqqətlə yanaşmışıq. Bəzən səhnəyə təhsilsizlər çıxır. Biz buna cəsarət etməzdik. Birincisi, sən özünü güvənli hiss edirsən, heç nədən çəkinmirsən, məsuliyyəti hiss edirsən. Nə zaman demək, nə zaman susmaq lazımdır anlayırsan".

Ednews axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Xuraman Qasımova "Açıq söhbət" verilişində deyib. Opera ifaçısı "Deyirsiniz ki, bacımla məqsədimiz Azərbaycan mədəniyyətini tanıtmaq idi" sualına belə cavab verib:

"Onlar daha çox özlərini tanıtmaq istəyirlər. Deyə bilmərəm hamısı. Gənclərə deyirəm ki, bu, heç də asan məslək deyil. Başlayanda düşünmürdüm ki, sənəti fəth edəcəm, qazandığımız nailiyyətlər, uğurlar bizə nə verəcək. İndi səhnədə elə qəribə adamlar görürsən ki...".

Xuraman Qasımova "Estrada ifaçılarını götürsək, səhnə var? Səhnə artıq restoranlarda, toyxanalarda deyilmi" sualına belə reaksiya verib:

"İndi sizin suallarınızı cavablandırsam, məni top, tüfəngə tutarlar. Baxın, görün aparıcılar nə kimi hərəkətlərə yol verirlər, kimi tərifləyir, kimi söyürlər? Əvvəl televiziya az idi, amma aparıcılar bilirdi kimi çağıranda nə danışacaqlar. Biz indi nadir halda verilişə qatılırıq, bilmək istəyirik qarşımızda kim olacaq. Buna haqqım var ki, soruşum. Elə səviyyəsiz, yalan danışan, doğru bilgi verməyən, tamaşaçıya gerçəyi çatdırmayan, musiqi tarixini dəyişənlər var ki... Musiqi haqqında biliyi olmayan gəncləri çağırır söhbət edirlər. Sən nə bilirsən Niyazi nəyi sevirdi, necə hərəkətlər edir? Niyə onu qəddar və sərt insan kimi tanıyırlar? Axı o, elə deyil, siz onlarla elə söhbət etməmisiniz. Niyə belə şeylər danışırsınız?".

Opera ifaçısı hazırda gündəmdə olan ifaçılardan danışaraq tənqid edib:

"Biliksizlikdən, mədəniyyətsizlikdən irəli gəlir. Daxili aləmi boşdur. Bunlar hamısı mədəniyyətdir: gəzmək, yemək, baxış. Bəzən aparıcılar onları o qədər tərifləyirlər ki... Dünən çıxan ifaçı haqda elə yazırlar ki, deyir, böyük musiqiçiyəm, hər yerdə tanınıram. Axı səni kiçik bir çevrə tanıyır".

İfaçı sosial şəbəkələrdə qadınlarla bağlı yayılan videolardan, avtobusda qadının davasından bəhs edib:

"O, artıq Azərbaycan qadını deyil. Tərbiyədən, savadsızlıqdan... Qadınlarımız dəyişib, artıq onları tanımıram. Bizim Həcərimiz, Nigarımız, Natavanımız olub... Şövkət Ələkbərovanı səhnədə görmüşük, örnək olub. Siz nə vaxt onları "cıncıxlı-mıncıxlı", hərəkətli görmüsüz".

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Hamısı