Hal-hazırda Qarabağda 11 kiçik su elektrik stansiyasının (SES) bərpa işləri davam edir.
Ednews xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov "Azərbaycanda Yaşıl Transformasiya üzrə Dayanıqlı İnkişaf Məqsədləri" konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu stansiyalardan 4-ü artıq bərpa olunub.
"İqtisadiyyat Nazirliyi ilə birgə digər stansiyaların böyük əksəriyyətinə özəl investorların cəlb edilməsi istiqamətində işlərimizi davam etdirəcəyik", - deyə Elnur Soltanov bildirib.