Dünyanın qlobal istehsalçısı olan Çində Covid-19 böhranının yenidən tuğyan etməsi insanlarda ciddi təşvişə səbəb olub. Belə ki, Çinin Quançju şəhərində başlayan ciddi qapanmalar pandemiyanın keçmiş gərginliyini geri qaytarıb.
Ednews CNN-ə istinadən xəbər verir ki, Quançjuda ötən bir gündə 3,007 yeni yoluxma faktı qeydə alınıb. Bu vəziyyət Çinin həmin bölgəsini virusun yeni episentrinə çevirib.
Qeyd edək ki, Quançju həm də 2020-ci ildə pandemiya başlayandan bəri ən ciddi epidemiya olan şəhərlərdən biri olub.
Quançju şəhərinin sağlamlıq komissiyasının direktor müavini Janq Yi, hazırda şəhərin çox ciddi şəkildə epidemiya mərkəzinə çevrildiyini və vəziyyətin son dərəcə kritik olduğunu bildirib.
Şəhərdə artan COVID-19 virusu hətta Beynəlxalq Hava Limanında kütləvi uçuşların ləğvinə səbəb olub.
Yerli hökumət həmçinin, mağaza və fabriklərə qapanma əmri verərək, qanuna əks gedənlərə 1,390 dollardan 13,000 dollara qədər cərimələr tətbiq edib. Epidemiyanın sürətlə yayılması qarşıda daha sərt tədbirlərin olacağını göstərir.
Elnur Ənvəroğlu