Noyabrın 10-da saat 20 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini A.Babayev idarə etdiyi “Baku Bus”a məxsus “BMC” markalı xətt avtobusu ilə yolu keçən Sumqayıt şəhər sakini Seyfəddin Mustafazadəni vurub.
Bu barədə Ednews-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Hadisə nəticəsində yaralı xəstəxanaya yerləşdirilib. Piyada noyabrın 11-də xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.