Cəlilabadda arvadını baltalayan şəxs tutulub.
Ednews xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektor, polis kapitanı Məhəmməd Rzayev açıqlama verib.
Məlumata görə, Ş.Bayramov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsilə cinayət işi başlanılıb. Zəruri istintaq hərəkətləri davam etdirilir.