Xəbər verdiyimiz kimi, bu gün Xırdalanda partlayış baş verib.
TƏBİB-dən Ednews-a verilən məlumata görə, yaralanan 1 nəfərin vəziyyəti ağır, 3 nəfərin vəziyyəti isə orta-ağır qiymətləndirilir.
Belə ki, 2000-ci təvəllüdlü Novruzova Bahar Saleh qızı III dərəcəli termiki yanıq ilə vəziyyəti ağır hesab olunur.
Şükürova Mələk Cavid qızı (7 yaş), Şükürova Dəniz Cavid qızı (4 yaş), Şükürov Ömər Cavid oğlu (1 yaş) II-III dərəcəli termiki yanığı ilə vəziyyətləri orta-ağır qiymətləndirilir.
Qeyd edək ki, xəsarət alanlar Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə yerləşdirilib.
***
21:40
Fövqəladə Hallar Nazirliyi (FHN) Xırdalanda baş verən yanğınla bağlı məlumat yayıb.
FHN-in mətbuat xidmətindən Ednews-a bildirilib ki, AAAF parkda yanğın olması barədə "112" qaynar xəttinə məlumat daxil olub..
Nazirliyin Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub.
Əlavə məlumat veriləcək.
***
21:36
“AAAF” parkda mənzillərin birində partlayış olub.
Ednews “qafqazinfo.az”a istinadən xəbər verir ki, ilkin ehtimala görə, partlayışa səbəb qaz sızması olub.
Əldə olunan məlumata görə, hadisə nəticəsində 4 nəfər yaralanıb. Onlar xəstəxanaya aparılıblar.
Faktla bağlı araşdırma aparılır.