Azərbaycanın magistral qaz kəmərlərindən - GƏLİRLƏRİ ARTIB - ednews.net

10 Dekabr, Şənbə

(+994 50) 229-39-11

Azərbaycanın magistral qaz kəmərlərindən - GƏLİRLƏRİ ARTIB

Cəmiyyət A- A A+
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə yükdaşımalardan əldə etdiyi gəlirləri 1 706 401,5 min manat təşkil edib, bu da illik müqayisədə 26% artım deməkdir.
 
Ednews Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin yanvar-sentyabr aylarında bu göstərici 1 353 883,7 min manat olub.
 
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 28 501,2 mln. kubmetr qaz nəql edilib. Bu da illik müqayisədə 12,1% çoxdur.
 
Qaz nəqlinin 53,3%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir. Belə ki, hesabat dövründə bu kəmərlə 15 203,3 mln. kubmetr qaz ötürülüb (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,6%-lik artım).


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...