Vatsap növbəti yeniliyini istifadəçilərin ixtiyarına verməyə hazırlaşır.
Artıq tərtibatçılar tətbiq üçün səsli statuslar üzərində çalışır. Həmin paylaşımların müddəti isə 30 saniyəlik olacaq.
Həmçinin istifadəçinin onun səsli statusularına kimlərin qulaq asa biləcəyini seçmək hüququ da olacaq.
Sözügedən funksiya messencerin "iOS" üçün nəzərdə tutulmuş beta versiyasında artıq test edilir.