Artıq bir neçə gündür ki, Şəki rayon mərkəzi xəstəxanasında bu rayonla yanaşı Şimal-Qərb bölgəsinə daxil olan rayonlarda yaşayan şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qaziləri üçün tibbi aksiyaya start verilib.
Ednews Bizim.Media-ya istinadən məlumat verir ki, humanitar aksiya Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşları tərəfindən həyata keçirilir.
Bu müddətdə həssas qrupdan olan 110 vətəndaşa tibbi xidmət göstərilib.
Pasiyentlər kardioloji, endokrinoloji və nevroloji müayinələrə cəlb olunub. Daha sonra həkimlər tərəfindən qəbul olunaraq müayinə olunublar. Xəstəliyi aşkar edilənlərə müalicələr təyin edilib, digər patologiya aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.