Kainata mesaj göndərərək ARZULARINIZA ÇATIN - Həyatımızı necə dəyişə bilərik? ARAŞDIRMA

Cəmiyyət 11:52 28.11.2022
Həyatınızda heç olmasa bir dəfə müsbət düşüncənin gücünü hiss etmisiz? Əmin ola bilərsiniz ki, kainat və insan arasındakı bağ əslində düşündüyünüzdən qat-qat güclüdür. Beyninizdən keçən hər fikir, dodaqlarınızdan çıxan hər söz kainatın sizə xidmət etməsinə kömək edir. Gəlin, cazibə qanununun nə olduğuna və onun necə işlədiyinə nəzər salaq.
Cazibə qanunu nədir? 
Kainat və insanlar arasındakı əlaqənin enerjiyə əsaslanan ünsiyyət olduğunu fərz edən üsul cazibə qanunu adlanır. Dünyada bir çox insanlar enerjidən düzgün istifadə edərək arzularına çata biləcəklərinə inanırlar. Kainatın bir sirri olduğunu və bu sirrin cazibə qanunundan keçdiyini düşünən milyonlarla insan da mövcuddur.  'Sirr' kitabında ətraflı izah edilən bu üsul kainata göndərdiyiniz mesajların həyatınızda baş verən mühüm hadisələrin gedişatını dəyişdirdiyini göstərir.
Kainatda hər şeyin enerjidən ibarət olduğunu nəzərə alsaq, enerjidən  bir çox hadisələrin gedişatını niyə dəyişmək mümkün olmasın? Cazibə qanununa inanan insanlara görə, hər kəsin həyatı kainata göndərdiyi mesajla düz mütənasib olaraq hərəkət edir. Biz həyatla, insanlarla, heyvanlarla və ağlınıza gələn hər şeylə enerjinizin nisbətində ünsiyyət qurur və onları həyata keçiririk. Bəs, bu enerji yalnız müsbət düşüncə ilə mümkündürmü?
Cazibə qanununa görə düşündüyünüz hər şey hər an kainata ötürülür və taleyinin axarını dəyişir. Beləliklə, təkcə müsbət düşüncələriniz kainatla ünsiyyətdə deyil, bütün mənfi düşüncələriniz də kainatla əlaqə yaradır və həyatınıza təsir edir. Odur ki, cazibə qanununa görə, fərdin başına gələn hər şey onun düşüncəsi ilə bağlıdır. Yəni bizdən çıxmayan heç bir enerji geri qayıda bilməz.
Sözləriniz də kainata göndərdiyiniz mesajlar haqqında düşüncələriniz qədər təsirlidir
Söhbət yalnız düşüncələrdən getsə də, sözlərimiz də həyatımızda düşüncələriniz qədər təsirlidir. Çox güman ki, həyatda davamlı olaraq neqativ hallarla qarşılaşan insanların üsyanları ilə rastlaşmısız. Bu tip insanlar həyatlarına birdən çox pis hadisə cəlb edirlər. Düşüncə tərziniz və ağzınızdan çıxan hər bir mənfi şey eksponent olaraq sizə qayıdır.
Bəs bunun qarşısını necə almaq olar?
Siz fərqinə varmadan cazibə qanunu daim işləyir işləyərək sizinlə və düşüncələrinizlə əlaqə saxlayır. Mənfi düşüncələrinizi cazibə qanunundan qorumaq üçün etməli olduğunuz ilk şey müsbət enerjili insan olmaqdır. Müsbət düşüncə və xoş niyyət cazibə qanununun sizə xidmət etməsinə kömək edir. Buna görə düşüncələriniz və sözləriniz cazibə qanunu üçün həmişə vacibdir. İnanmadan pozitiv düşünməyə çalışsanız, kainat sizə xidmət etməyəcək. Cazibə qanunu birbaşa sizinlə və enerjinizlə əlaqə qurur. Buna görə də nə istədiyinizi müəyyənləşdirmək və aydın olmaq çox vacibdir. İstəklərinizi daim xatırlamağınıza kömək etmək üçün bir neçə yolla cazibə qanununu sizə xidmət etdirə bilərsiniz. Bu üsullardan ən təsirlisi "xəyal lövhəsi" üsuludur. Bütün arzularınızı birləşdirərək, böyük bir lövhə hazırlayın və onu hər gün görə biləcəyiniz yerə qoyun. Bu sayədə hər zaman eyni şövqlə istəklərinizi kainata ötürə bilərsiz. Cazibə qanunu sizdən fikirlərinizin nə qədər dəyərli olduğunu dərk etməyi, inanaraq aydın xəyallara sahib olmağı tələb edir. Əgər mənfi düşüncələrdən qurtula bilmirsinizsə, bu, həyatınıza müsbət bir şey əlavə etməyiniz lazım olduğunu göstərir. Tədbir görmək üçün gecikməyin. Aydın xəyallar və düşüncələr bütün arzularınızı sizə çatdırır. Soruşun, aydın olun və etibar edin!
 
Təbii daşların enerjiyə təsiri
 
Sizə xidmət edən cazibə qanunu həmişə kortəbii şəkildə baş verməyə bilər. Bu zaman təbii daşların güclü enerjilərindən faydalana bilərsiniz. Xüsusilə ehtiyacınız olan təbii daşı seçib enerji sahənizi ehtiyaclarınıza uyğun formalaşdırmaq mümkündür. Elementlərin çatışmadığı yerləri təbii daşlarla sağaltmaqla cazibə qanununu çox daha güclü işlədə bilmək mümkündür.
 
Xəyallarınız sanki reallaşıbmış kimi hərəkət edin
 
Cazibə qanununa görə, bütün istəklərinizi yerinə yetirilmiş kimi qəbul etməlisiniz. Bu nə qədər qəribə səslənsə də, enerjinizi müsbət tərəfə yönəltməyə kömək edəcək. Xüsusilə arzularınız varmış kimi məqalələr yazmaqla cazibə qanununun işləməsini sürətləndirə bilərsiniz. İstədiyiniz şeyə nail olduqdan sonra sizə təsir edəcəyini düşünün və hiss edin. Bu anda hiss etdiyiniz fikir, enerjinizin cazibə qanununa uyğun olmasına kömək edəcək.
 
Nəzrin Beydiyeva
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Mən ləyaqətli ölümdən və ya şəhidlikdən qorxmuram"
13:21 08.07.2025
Türkiyə Ukraynadan cavab gözləyir
13:06 08.07.2025
Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Hamısı