Zaur onu polisə verən Könül haqda: "Bu gün görüşdük və..." - ednews.net

5 Fevral,

(+994 50) 229-39-11

Zaur onu polisə verən Könül haqda: "Bu gün görüşdük və..."

Cəmiyyət A- A A+

Jurnalist Zaur Kamal aparıcılıq etdiyi "Həmin Zaur" verilişində onu polisə verən xalq artisti Könül Xasıyeva ilə məsələni həll etdiyini deyib.

Ednews teleqraf.com-a istinadən bildirir ki, Zaur Kamal bu haqda sonuncu dəfə danışdığını deyib: "Bu gün sonuncu dəfə görüşdük, qucaqlaşdıq, öpüşdük. Bizim ana-bala münasibətimiz var. Hər gün Könül xanımla danışırdıq, söhbətləşirdik, hansısa bir layihələrdə, Yeni il şənliklərində sevə-sevə dəvət etmişik. Hər bir günündə yanında olmuşan. Hər şeyə aydınlıq gətirdik. Bu məsələ artıq bitdi. Buna başqa formada don geyindirmək lazım deyil. O bizim canlı əfsanəmizdir. Çox gözəl sevilən sənətkarımızdır. Hamı onu sevir, mən də onu sevirəm. Axıra qədər də sevəcəyik".

Qeyd edək ki, Könül Xasıyeva "Həmin Zaur" verilişində "Deyilənə görə" rubrikasında Zaur Kamalın "deyilənə görə, Könül Xasıyeva anasını atasından ayırıb, Bakıya gətirib" sualına görə polisə vermişdi.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...