İlham Əliyev tanınmış alimin vəfatı ilə bağlı nekroloq imzalayıb

Cəmiyyət 17:21 30.11.2022

Prezident İlham Əliyev tanınmış kimyaçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, texnika elmləri doktoru, professor Musa İsmayıl oğlu Rüstəmovun vəfatı ilə əlaqədar nekroloq imzalayıb.

Ednews xəbər verir ki, nekroloqda bildirilib ki, Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış kimyaçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, texnika elmləri doktoru, professor Musa İsmayıl oğlu Rüstəmov 2022-ci il noyabrın 29-da ömrünün 93-cü ilində vəfat etmişdir.

Musa Rüstəmov 1930-cu il mayın 8-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1947–1952-ci illərdə o, Azərbaycan Sənaye İnstitutunun kimya texnologiyası fakültəsində kimyaçı-texnoloq ixtisası üzrə ali təhsil almışdır.

Əmək fəaliyyətinə 1952-ci ildən Azərbaycan Elmi Tədqiqat Neft Emalı İnstitutunda (indiki Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda) mühəndis-texnoloq kimi başlayan Musa Rüstəmov 1959–1988-ci illərdə həmin institutda kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri və elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmış, 1988–2011-ci illərdə institutun direktoru olmuş, 2011-ci ildən ömrünün sonunadək müəssisənin Neft və qazın kimyası və texnologiyası şöbəsinin müdiri işləmişdir.

Musa Rüstəmov 1961-ci ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1973-cü ildə professor elmi adını almışdır.

O, 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir.

Akademik Musa Rüstəmov neft kimyası və neftin emalı sahəsində tədqiqatları ilə Azərbaycan elminin inkişafına töhfələr vermişdir. Alimin rəhbərliyi altında modifikasiyaları dərin elmi əsaslar üzərində qurulan yeni nəsil katalitik krekinq sistemi yüksək səmərəliliyi ilə seçilərək, respublikamızda və onun hüdudlarından kənarda neft emalı sənayesində uğurla tətbiq olunmuşdur. Musa Rüstəmovun araşdırmalarında, həmçinin ekoloji cəhətdən təmiz texnologiyaların yaradılması məsələləri öz əksini tapmışdır. Alimin bilavasitə iştirakı ilə respublikada hidrogen energetikasına dair ilk tədqiqatlar aparılmış, enerji daşıyıcılarının gələcək istifadəsi konsepsiyası, Azərbaycanın neft emalı və neft-kimya sənayesinin kompleks inkişaf sxemləri işlənib hazırlanmışdır.

Musa Rüstəmov 500-dən artıq elmi əsərin, həmçinin 10 kitabın və 60 patentin müəllifidir. O, elmi nailiyyətlərinə görə 130 müəlliflik şəhadətnaməsi almışdır. Elmi kadrların yetişdirilməsinə xüsusi diqqət yetirən Musa Rüstəmov 50-dək fəlsəfə doktoru və 15 elmlər doktoru hazırlamışdır. Alim xarici ölkələrdəki mötəbər simpozium və konfranslarda Azərbaycanı layiqincə təmsil etmişdir.

Akademik Musa Rüstəmovun uzunmüddətli və məhsuldar elmi fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, 1979-cu ildə “Əməkdar elm xadimi” fəxri adını almış, 1982-ci ildə respublika Dövlət Mükafatı laureatı olmuş, 2004-cü ildə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeninə layiq görülmüş, 2019-cu ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir.

Görkəmli alim və səmimi insan Musa İsmayıl oğlu Rüstəmovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Emin Əmrullayev

İsa Həbibbəyli

Tofiq Nağıyev

Vaqif Abbasov

Dilqəm Tağıyev

Vaqif Fərzəliyev

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı