Şəmkirdə qanunsuz ov edən əcnəbilər saxlanılıb - ednews.net

4 Fevral, Şənbə

(+994 50) 229-39-11

Şəmkirdə qanunsuz ov edən əcnəbilər saxlanılıb

Cəmiyyət A- A A+
Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyasının birgə keçirdiyi nəzarət tədbirləri zamanı Şəmkir rayonu, Ceyrançöl ərazisində qanunsuz ov edən xarici ölkə vətəndaşları saxlanılıb. Ednews xəbər verir ki, Xidmət rəsmisi Bəhruz Məhəmmədov, araşdırma zamanı brakonyerlərin Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları Matar Mohammed Karam Al Mandoos Alblooshi, Ahmed Hamad Musabeh Khaıfan Almesafrı və Obaıd Juma Obaıd Zayed Alketbı olduğu müəyyən edilib: “Əcnəbi vətəndaşlardan adı Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına düşən vəhşi təbiətdən tutulmuş diri vəziyyətdə 4 bəzgək quşu götürülərək yenidən təbiətə buraxılıb. Faktla bağlı akt, protokol tərtib edilib və barələrində inzibati icraat işləri başa çatanadək onların ölkə ərazisindən çıxışlarına məhdudiyyət qoyulması üçün aidiyyəti qurumlara müraciət olunub”.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...