Tanınmış vəkil Zərdabın xüsusi notariusu təyin edilib - ednews.net

4 Fevral, Şənbə

(+994 50) 229-39-11

Tanınmış vəkil Zərdabın xüsusi notariusu təyin edilib

Cəmiyyət A- A A+

Tanınmış vəkil Bəylər Məmişov Ədliyyə Nazirliyinin Zərdab rayonu üzrə xüsusi notariusu təyin edilib.

Ednews xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fikrət Məmmədov müvafiq əmr imzalayıb.

Təyinatla bağlı Bəylər Məmişovun vəkillik fəaliyyətinə xitam veriləcək.

Bəylər Məmişov məlumatı APA-ya təsdiq edib.

Qeyd edək ki, Bəylər Məmişov vəkillik fəaliyyəti dövründə ölkə gündəmində müzakirə olunan bir çox məhkəmə işlərində müdafiəçi kimi iştirak edib. O, son olaraq qətldə ittiham olunan sabiq məhkəmə hakimi Fəqan Əhmədovun hüquqlarını müdafiə edib.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...