İranın qərbində 4,5 bal gücündə zəlzələ baş verib.
Ednews xəbər verir ki, yeraltı təkanların episentri Farsan şəhərindən 48 kilometr cənubda, ocağı isə 15 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.