Bu səhvə görə vəzifəli şəxslər - CƏRİMƏLƏNƏCƏK - ednews.net

8 Fevral, Çərşənbə

(+994 50) 229-39-11

Bu səhvə görə vəzifəli şəxslər - CƏRİMƏLƏNƏCƏK

Cəmiyyət A- A A+
Azərbaycanda ölümün qeydə alınması qaydasının pozulmasına görə cərimələr müəyyənləşib. 
 
Ednews  xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə yeni 562-1-ci maddə (Ölümün qeydə alınması qaydasının pozulması) əlavə olunub. 
 
Yeni maddəyə əsasən, tibb müəssisəsi tərəfindən ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə vəzifəli şəxslər 150 manatdan 300 manatadək məbləğdə cərimə ediləcək.
 
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən ölüm haqqında məlumatın informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə vəzifəli şəxslər 150 manatdan 300 manatadək məbləğdə cərimə olunacaq. Dəyişiklik səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...