Mən ilahi bağlantısız vətən istəmirəm

Cəmiyyət 16:24 02.12.2022
Ey dili qafil fil faili məchul fani f...
Derlər,
Napaleonun əsgərlərinin generala 'SƏN' deyə müraciət etmək hüquqlarının olduğunu bildiyində qımışan, unudulmuş oxucu,
 
Bir məsələni anlamaq istəyirəm. Bu vətən kimindir? Əgər bu vətən bizim isə, nədən bəzi məsələləri doğru  - düzgün həll etmirik. Bu torpağı bizə vətən edən şəhidlər, bu yolda can verdilər. Ölümün gözünün dərinliyinə baxaraq can dediyiniz o nədirsə, verdilər. Verdilər? 
- Verdilər! 
- Yaxşı, verməsə idilər, nə olacaqdı?
- Əgər şəhidlər canlarını qurban verməsə idilər, vətən bütöv yox, yarımçıq, Qarabağsız Vətən olacaqdı. Üstəlik də bu sınaqda, canını verib - verməmə anında bir tərəddüt hakim kəsildiyi zaman,  geridə qalmış vətənin də  bizlərə (canını verməmiş kəsimə) vətən olması zənn altına düşəcəkdi. Çünki əsirlikdə qalmış vətən bizdə, üzərində əyləndiyimiz vətənə xəbər göndərəcək ki, onları əsla qəbul etmə. Bəs yaxşı, şəhidlərimiz heç bir tərəddüt etmədən işğaldakı torpağımızı böyük vətəni bütöv etmək üçün canlarını verdilər, (biz geridə torpaq üstə) həm əvvəlki, həm də geri alınan torpaq üstə o canların verilməsi müqabilində nə etdik? 
- Nə etdik? 
- Nə etdik ,hə? Bəs bu işlər, torpaq uğrunda canlar vermək mərifəti müqabilində can verməyən, vermək istəməyən, yəni can verənlərin ardınca canlarını yaşadanlar, özü də necə lazımdı yaşadanlar, nə etməliydilər ki, etmədilər? Əslində nə etməlidirlər? 
Derlər,
Dünyadakı canlılardan düz xətt çəkə bilən yeganə məxluq insan olduğuna artıq şübhəsi oyanan, unudulmuş oxucu, 
Əgər desəniz ki, şəhid olub torpağı bizə qaytarıb canlarını verənlər eyni millətin, xalqın, ölkənin bir parçası olduğumuz üçün, belə bir şəkildə qarşılıq gözləmək fəlsəfəsiylə düşünmək, düzgün deyil, bəs nədir doğru olan?
- Düzgün deyilmi?  
- Yaxşı, mən anladım. Qəbul. Şəhidlər torpağı bizə qaytarmaqda bazarlıq etməz. Çünki geridə qoyduqlarını özlərindən, özlərininkidən bir parça olaraq düşünüb bilirlər. Bu gün kimi aydındır. Çünki belə düşündüyümüz istiqamətdə torpaq uğrunda can verənlər öz missiyalarını yerinə yetiriblər. Burda hamı eyni minvalla qənaətə təsdiq gətiririk. Biət edirik. O zaman deyə bilərsinizmi, şəhidlərin geridə qalanları özlərindən bilmə anlayışını eyni qayda ilə can verməyib, verə bilməyənlər o şəhidləri özlərindən bir parça, özlərindən hesab edirmi? Əgər can verənlər bu özünün olanlar qənaətinə biət etməsəydilər, bu saat o dünyada, cənnətdə, şəhidlik məqamında olmaz idilər? Bəs geridə qalanlar şəhidləri özününkü hesab edirsə, indi niyə lazım olan yerdə deyillər?  
- Unudurlar, laqeyiddirlər, çal - çağırdan başları açılmır, qalxmır. Onların heç kimliyi ilə maraqlanmırlar. Şəhidlərin oğul - uşaq, ana - bacı, qardaş, ata üçün millət hansı insani ağırlığını ortaya qoyub. Bu görünmədiyi üçün, tərəzinin gözünün əyildiyi gün kimi aşkara çıxır. Biz, bizə qarşı mənəvi, ilahi müstəvidə atılan addıma qarşı medal, orden, pul, ev və digər maddi şeylərlə qarşılıq veriririk. Əgər bizə qarşı şəhidlərin jesti, addığı atdım maddi olsa idi, o zaman siz doğrunun doğrususunuz. Əksinə işi onlar başlatdığı üçün, biz onlara bağlanmalı və onın diktəsinə uymaq zorundayıq. Biz onlara tabe olub, qoşulmaq, bağlanmaq məntiqi ilə çıxış etməliyik. Ona görə də, şəhidlərimizə layiq olduğu qarşılığı verməyi özümüzə borc bilməliyik. O borc nədir və biz o qarşılığı nə şəkildə, necə göstərməliyik.
Derlər,
Bütün ölkənin əsgərlərinin sağ əllə salam verdiyini öz gözlətri ilə görməyə başalayn, unudulmuş oxucu,
 
1. Şəhidlər torpağa canların verib düşməndən alıb o əraziləri bizə vətənləşdirblər.
2. Vətəni geri almaq üçün can vermədən mümkün olmadığını anlayıb şirin canlarını verdilər.
3. Bu can vermə ilahi olayında geridə qalanların onuru düzəldi, kimliyi bütövləşdi, başı dikəldi.
4. Ərazimiz böyüdü.
5. Digər dövlətlər, ölkələr bizi qəbul etdi, yanlış tanıdıqları fikrindən vaz keçdilər.
6. Onlar şəhadət gətirib şəhid oldular. Ona görə də, özlərindən sonra bu ərazilərdə azanın susmasını istəmədilər. Səslənməsini istədilər. Çünki onların bizimlə quracağı irtibat varsa, o kitabla, Allahla, peyğəmbərlə, namazla mümkündür. Bu dinmi deməkdir?  
- Əsla. Bu bir irtibat düzəni, əlaqə üsulu, o dünya bu dünya birgəliyinin insanlıq mahiyyəti üzərindən mədəniyyət təyinatlı versiyasıdır. 
- Bəs biz əbədiyyətdən, birgəlikdən, hüzurdan, burdakı azadlıqdan, şəffaflıqdan danışırıqsa, sadaladığım ekvivalentlər ( Allah, kitab, peyğəmbər, namaz) olmadan necə formalizə ola, necə OLUŞUMLANA bilər(ik) ki? 
-  Heç cürə. Biz torpağımızın bir hissəsini qaytarmaqla həm də birgəliyimizin, sonsuzluğumuzu, əbədilik və birgəliyimizin, azadlığımızı böyütmüş, genişlətmiş olduq. Torpaq onu almaqla, mənimsəməklə, tək yanlı Vətən ola bilməz. Torpağın VƏTƏN   - ləşən kökü, uzantısı əbədiyyətə, sonsuzluğa, cənnətlə rabitəsinin bağlanma sürətiylə gerçəkləşir. Mən köksüz, ilahi qata bağlantısız bir vətən istəmirəm.
- Mənə də elə bir vətən lazım deyil. Bir daha inandım ki, İlahi bağlantısı omayan Vətən, öz övladlarını kölə, qul, yaltaq, satqın, rəzil, ikiüzlü, sırtıq, qorxaq, yalançı, kinli, xəbis, xəyanətkar, dilənçi, əxalaqsız kimi hüzursuz uzantılarda görmək istəməklə yanaşı, bizzat bu missiyanı Vətən özü gerçəkləşdirməkdən sonsuz zövq alır.
Vətənin İlahi bağ, bağlantı toxtaqlığı, rabitə təyinatı, əlaqə siqmeti şəhidlərlə öz haqq və həqiqi yerini hürriyyət, azadlıq, özgürlük, bütövlük mükaliməsinin metafizik sərmayəsində tapır. Əks təqdirdə vətənin hidayət pərdələriylə qapsanmış, bir millət olaraq varlığımıza dən kimi səpilərək genefondumuzdan ilahi bərəkətini əsirgəməyən tarlasında deyil, qupquruca torpaq üzərində həyat sürdürmüş olarıq. 
 
Xanəmir Telmanoğlu
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Suriyanın gerbi dəyişdirildi
08:31 04.07.2025
Cənubi Koreyada yeni baş nazir təyin edildi
08:12 04.07.2025
"Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir"
07:47 04.07.2025
14 yaşlı yeniyetmə terrorçular siyahısına salındı
07:32 04.07.2025
Rusiya Əfqanıstandakı taliban hökümətini tanıdım
07:15 04.07.2025
Belçika SEPAH-ı terror təşkilatları siyahısına saldı
07:02 04.07.2025
Ağ Evdə UFC döyüşü keçiriləcək
06:52 04.07.2025
İstanbul ətrafında meşə yanğınlarını 700 canlı qüvvə və 7 təyyarə söndürür
06:32 04.07.2025
"İranın raket gücünün 25-30%-i istifadə olunub"
06:02 04.07.2025
"Apple" çılpaq vəziyyətdə edilən videozəngləri qadağan edəcək
05:37 04.07.2025
"Ukraynanın istifadə edəcəyi silahların pulunu Rusiya ödəyir"
04:29 04.07.2025
Kiyev bombalanır
03:17 04.07.2025
"Hizbullah" hərəkatı silahı yerə qoymaq üçün şərtləri açıqladı
02:24 04.07.2025
Vanil niyə yoxa çıxır?
01:22 04.07.2025
ABŞ Avropadakı qoşunlarını ciddi azaldacaq
00:19 04.07.2025
Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
Hamısı