Abşeronda sürücü piyadanı vurub hadisə yerindən YAYINDI - ednews.net

5 Fevral,

(+994 50) 229-39-11

Abşeronda sürücü piyadanı vurub hadisə yerindən YAYINDI

Cəmiyyət A- A A+
Xırdalan şəhərində yol qəzası qeydə alınıb. 
 
Ednews "apa.az" a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib.
 
Belə ki, yolu keçən gənc oğlanı naməlum markalı avtomobil vurub. 
 
Sürücü hadisəni törətdikdən sonra ərazidən uzaqlaşıb. 
 
Ağır xəsarət alan piyada təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. 
 
Həkimlər onun vəziyyətinin kritik olduğunu bildirir. 
 
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün axtarışına başlayıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...