Azərbaycanda QAZ BUMU başlayır – Son vəziyyət İlham Şabanın ŞƏRHİNDƏ

Cəmiyyət 13:55 03.12.2022
Başa çatmaqda olan bu həftə istər qlobal bazarlarda, istərsə də yerli bazarda enerji baxımından elə zəngin olub ki, sanki ilin sonuncu həftəsi idi. Adətən belə vəziyyət ilin sonunda maliyyə bazarlarında müşahidə edilərdi. 
 
Qlobal bazarlar. Reallıq budur ki, həftə ərzində neftin ən ucuz partiyası 80,81 dollara satılırdısa, artıq dekabrın 1-də ən bahalı partiya 89,34 dollardan təklif edilirdi.
 
Özü də həm ucuzlaşmada, həm də bahalaşmada neft tacirləri Çin faktoruna diqqət yetirirdilər. Belə ki, əvvəlcə qlobal bazar Çinin sərt COVİD limitləməsindən ehtiyatlanırdısa, həftə sonu rəsmi Pekinin bu addımı atmayacağından, xəstələrə evdə belə müalicə almağa şərait yaratmaq addımlarından pərvazlanırdı.  
 
Məsələnin maraq doğuracaq bir tərəfi də gözlənilməz enerji xəbərlərinə bağlı idi. Məsələn, heç kəsin gözləmədiyi halda Avropada qaz qiymətləri həftə ərzində 460 dollarllıq bir artım nümayiş etdirdi və qazın ən bahalı hətta partiyası 1777 dollara qədər bahalaşdı.
 
Düzdür, sonradan 1560 dollar həddinə qədər azalsa da, amma qaz qiymətlərini qızışdıran faktor rolunda Avropada bir tərəfdən havaların soyuması, digər tərəfdən isə alternativ enerji mənbələrindən hasil edilən enerji göstəricilərinin kifayət qədər azalması idi. 
 
Külək enerjisi.
 
Belə ki, Avropa külək enerjisi Assosiyasıyasının (WindEurope) məlumatına görə, bu həftə külək turbinlərindən alınan enerjinin Avropanın ümumi elektrik enerjisi istehsalındakı payı 22 iyun tarixindən sonra minimal həddə enərək 6,3%  təşkil edib. Ümumən noyabr ayında külək enerjisinin xüsusi çəkisi isə 18,9% olmuşdu. Ayrı-ayrı günlərdə isə bu göstərici 24%-ə qədər artmışdı. 2022-ci ilin 11 ayının yekunlarına görə isə, Avropada külək turbinlərinin hasil etdiyi enerjinin ümumi elektrik enerjisi istehsalında xüsusi çəkisi 15% təşkil edib. 
 
Görürsünüzmü, alternativ enerji yaxşı bir mənbə olsa da, rəngi yaşıl olsa da, amma bir əmması var – o da stabil olmamasıdır, yəni ona ümid olub hərdən işıqsız da qalmaq olar. Bu baxımdan hazırda formalaşan rəy belədir ki, külək və günəş enerjisi təbii qazdan hasil edilən enerjini hətta uzaq perspektivdə belə əvəzləməyə qadir olmayacaq, olsa olsa tələbatın bir hissəsini ödəməyə və qaz turbinlərinin pik vaxtlarda maksimum gücü ilə işləməsinin qarşısını almağa yetərlidir.
 
Əslində bu da pis deyil, çünki qaz turbinləri təmirsiz daha çox müddətdə işləyə biləcəklər və nəticədə hasil edilən enerjinin maya dəyəri daha aşağı olacaq.    
 
Rusiya neftinin BTC ilə daşınması dayandı. Həftənin ortasında məlum oldu ki, Rusiya dekabrın başlanğıcından etibarən sanksiyalara görə Azərbaycan kəməri ilə neft ixracını dayandırır. Reuters agentliyinin yaydığı bu xəbər aydın səmada şimşək çaxması kimi bir şeydi.
 
Çünki orada vurğulanırdı ki, Rusiyanın özəl şirkəti LUKoil Qərbin sanksiyaları səbəbindən Xəzərdəki yataqlardan hasil etdiyi nefti daha Azərbaycanın əsas ixrac boru kəməri olan Bakı-Tiflis-Ceyhan ilə daşımayacaq. Əvəzində Rusiya şirkəti öz neftini Xəzər Boru Kəməri Konsorsiumu, yəni Qazaxıstandan başlanğıcını götürən Tengiz-Novorossiysk kəmərinə yönləndirəcək.
 
Bildirmək istəyirəm ki, dekabrın 5-dən etibarən Avropa İttifaqının yeni sanksiyaları avropalı alıcılara Rusiya neftini almağı və həmçinin onu nəql etməyi qadağan edir. Qazaxıstan neftinin əsas marşrutu olan Tengiz-Novorossiysk kəməri isə neftin ixracı məsələsində qadağaya tabe deyil.
 
LUKoil isə öz neftini ilk dəfə 2015-ci ilin mayında Azərbaycanın əsas ixrac boru kəməri ilə göndərib. Bunlar o zaman sınaq partiyaları idi. Lakin 2016-cı ildən Rusiya şirkəti kommersiya tədarükünə keçdi, çünki BTC-nin cəlbediciliyini praktikada yoxladı. 
 
Onu deyim ki, Dövlət Statistika Komitəsi hər ay Azərbaycanın əsas ixrac kəməri ilə daşınan tranzit neft həcmlərini açıqlayır. Məsələn, cari ilin 10 ayının yekunlarına görə, daşınan tranzit neft həcmləri 4 milyon 131,1 min ton təşkil edib.
 
Amma bizim rəsmi statistikamızda daşınan tranzit həcmlərin hansı ölkələrə məxsus olması göstərilmir. Buna baxmayaraq həmin məlumatları bir dəfə Azərbaycan Prezidenti özü açıqlayıb, özü də təfərrüatı ilə. 
 
Bu, 30 noyabr 2019-cu il tarixdə Türkiyənin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində Azərbaycan prezidentinin çıxışında səsləndirilib.  
 
İlham Əliyev o zaman TANAP-TAP kəmərlərinin üçüncü ölkələrin qazının da dünya bazarlarına çıxarılması üçün açıq olduğunu bəyan edərkən öz fikirlərini böyük auditoriyaya daha inandırıcı çəkildə çatdırmaq üçün 2006-cı ildən istismarda olan Bakı-Tiflis-Ceyhanın istismarını misal kimi gətirmişdi. Yəni bildirmişdi ki, o zamankı tarixə BTC ilə ümumilikdə 46 milyon ton tranzit nefti daşınıb. Və burada 27 milyon ton Türkmənistanın, 12 milyon ton Qazaxıstanın, 7 milyon ton isə Rusiya neftinin payına düşüb. Rusiya neftinin xüsusi çəkisi tranzit nəqlində 15% təşkil edib. 
 
BTC ilə tranzit həcmləri azalacaq, ya artacaq? Diqqətli oxucularda belə bir sual yaranar ki, bəs həmin tranzit neft olmayacaqsa, demək BTC ilə nəql edilən xammalın həcmi də azalacaq, nəticə etibarı ilə gəlirimiz də aşağı düşəcək. Onu deyim ki, bu ilk baxışda belədir.
 
Reallıq isə ondan ibarətdir ki, artıq 2023-cü ilin yanvarından BTC ilə daşınan Qazaxıstanın tranzit neft həcmləri kifayət qədər artıracaq. Artıq gələn ildən Qazaxıstanın təkcə BTC üzərindən daşımaları 1,5 milyon ton təşkil etməlidir. Bundan əlavə Qazaxıstan neftinin bir hissəsi də Azərbaycan üzərindən dəmir yolu ilə Gürcüstanın Batum limanına göndəriləcək.
 
Göründüyü kimi, biz Rusiyanın özəl şirkətinin daşımaları ilə müqayisədə daha böyük dividentlər əldə edə biləcəyik, özü də bundan təkcə boru kəməri şirkəti deyil, həmçinin o nefti Bakıya çatdıran Xəzər dəniz gəmiçiliyi İdarəsi, sahilyanı terminalları işlədən şirkətlər və Azərbaycan dəmir yolu İdarəsi də əlavə qazanc əldə etmək imkanında olacaq. 
 
Kremlin “Qaz ittifaqı”. Bu həftənin qəribə bir xəbəri Xəzərin o tayından gəldi. Qazaxıstan prezidentinin mətbuat katibi Ruslan Jeldibay bəyan etdi ki, Kreml  Rusiya, Qazaxıstan və Özbəkistandan ibarət “qaz ittifaqı”nın yaradılması təklifi ilə çıxış edib. Və bu təklifi noyabrın 28-də Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevi qəbul edərkən Rusiya dövlət başçısı Vladimir Putin irəli sürüb. 
 
Təklif hələ ki, müəmmalı olduğundan “üçtərəfli qaz ittifaqının” məramı və məqsədi haqda da səslənən ilk fikirlər deyərdim daha çox dümanlıdır, baxmayaraq ki, ona müxtəlif səviyyələrdə aydınlıq gətirilməsinə cəhdlər edilib.     
 
Məsələn, Qazaxıstan prezidentinin sözçüsü bildirib ki, Tokayev və Putin tərəflərin maraqlarını nəzərə almaqla bu məsələnin rasional həllini tapmaq üçün üç ölkədən ekspertlərin cəlb edilməsini zəruri hesab ediblər.
 
Bir qədər sonra qaz birliyi ideyasını şərh edən Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak məsələnin konturlarını çıxıb:
 
Rusiya, Qazaxıstan və Özbəkistan sovet dövründən faktiki olaraq vahid qaz nəqli sisteminə malikdir, bu baxımdan “bizim qarşılıqlı əməkdaşlığı genişləndirmək üçün böyük imkanlarımız var, o cümlədən qazın tədarükü, onun emalı, digər ixrac istiqamətlərinə, xüsusən də Çinə tədarükdə. 
 
Təbii ki, Moskvada bilməmiş deyillər ki, Özbəkistan faktiki olaraq qaz ixracatçısından bu il qaz idxal edən ölkənin artıq astanasında dayanıb, çünki daxili tələbat yüksək templə artır.
 
Qazaxıstana gəldikdə isə “QazaqGaz”-ın idarə heyətinin sədri Sancar Jarkeşov bu ilin yayında ölkə parlamentində çıxışı zamanı Qazaxıstanın qaz sənayesinin yaxın illərdə böhranla üzləşə biləcəyini və təcili tədbirlər görülməsə, 2023-cü ildən qaz ixracının dayandırılacağını bəyan etmişdi.
 
Demək, Rusiya Qərb bazarlarında itirdiyinin kiçik bir hissəsini Asiyaya yeni infrastruk yaradılanadək Qazaxıstan və Özbəkistan bazarları hesabına əvəzləmək istəyir. Məhz bu baxımdan Moskva gələcək qaz ittifaqına Xəzərin o tayındakı ən iri qaz ölkəsi, Türkmənistanı dəvət etməyib.  
 
SOCAR-la Türkmənistan enerji şirkətlərinin dialoqu. Elə isə Türkmənistan qaz ixracı məsələsində Qərb marşrutuna marağını daha da artıra bilərmi? Məncə, Türkiyə-Azərbaycan-Türkmənistan liderlərinin zirvə toplantısında bu mövzu da diqqət mərkəzində olacaq. Bu qənaətə gəlməyim isə o faktlardan qaynaqlanır ki, SOCAR prezidenti Rövşən Nəcəf yola saldığımız həftə Türkmənistan dövlətinə məxsus iki enerji şirkətinin – Türkmənqaz və Türkmənnebit, yəni Türkmənneftin rəhbərləri ilə Bakıda görüş keçirdi, Azərbaycan və Türkmənistan arasında enerji əlaqələrinə dair danışıqlar apardı.
 
Bundan əlavə, elə iki ölkənin hökumətləri arasında da münasibətlər daha da intensivləşir. Yəni Azərbaycan diplomatikcəsinə neytral Türkmənistana işarə edir ki, artıq ortaya mövqe qoymaq zamanı yetişib. Müəyyən risklərin qarşılanmasında özünün çiynini yükün altına verməlisən ki, sonra da qazana biləcəyin gəlirlərdən məmnun olasan.
 
“Şahdəniz”in artan qazı. Azərbaycanda isə qaz hasilatının artımı davam edir. 2023-cü ildə ölkənin ən iri qaz yatağı “Şahdəniz”dən hasilatın 5,8% artmımı proqnoz edilir. Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il üçün büdcə layihəsi üzrə hazırladığı rəyində qeyd edilir ki, gələn il “Şahdəniz” yatağından qaz hasilatı 25,4 milyard kubmetr səviyyəsinə qədər artımı planlaşdırılır.
 
2022-ci ilin yekunları üzrə “Şahdəniz”dən hasilatın həcmi 24 milyard kubmetr səviyyəsində gözlənilir ki, bu da 2021-ci ilin göstəricisindən +6,1% çoxdur. 2021-ci ildə isə “Şahdəniz” yatağından qaz hasilatı 22,62 milyard kubmetr olmuşdu.
 
“Abşeron”dan ilk qaz gözlənilir. Bundan əlavə 2023-cü ildə Xəzərin Azərbaycan sektorundakı “Abşeron” yatağından qaz hasilatının başlanması da Hesablama Palatasının hazırladığı proqnozlarda yer alıb. Bununla əlaqədar Fransanın “TotalEnergies” şirkətinin müqavilə şərtlərinə müvafiq olaraq Neft Fonduna 20,8 milyon dollar məbləğində bonus ödəməsi də planlaşdırır.
 
Göründüyü kimi, Azərbaycan bütün səylərini mavi yanacağın artımına yönəldib və bu, Azərbaycana olan həm marağı artırır, həm də Azərbaycanın tərəfdaşları qarşısında məsuliyyətini yüksəldir. Məsuliyyət isə təkcə hökumətin davranışı deyil, külli Azərbaycanındır.
 
Hər kəs öz işinə məsuliyyət hissini artırdığı təqdirdə, bizim iqtisadiyyatın neft və qaz amilindən azalması da asanlaşar. 

 

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Bakı meriyasında müşavirə keçirilib, “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib
13:20 28.03.2024
Gənclər Paytaxtında teatr əsaslı təlim düşərgəsinə yekun vurulub
13:12 28.03.2024
Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ
13:02 28.03.2024
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
12:54 28.03.2024
Sabah 20 dərəcə isti olacaq
12:45 28.03.2024
“Bu ərazilər Azərbaycana sülh yolu ilə qaytarılacaq” – İlyas Hüseynov
12:30 28.03.2024
Sabah dumanlı hava gözlənilir
Sabah dumanlı hava gözlənilir
12:27 28.03.2024
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb, sığınacağa baş çəkib
12:23 28.03.2024
"Aİ nümayəndələrinin diqqəti yalnız Rusiyaya qarşıdır" - Mariya Zaxarova
12:17 28.03.2024
“Macarıstan ABŞ-ın birbaşa diqtəsinə qulaq asmır” – Politoqdan AÇIQLAMA
12:15 28.03.2024
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:09 28.03.2024
Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
12:06 28.03.2024
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
11:55 28.03.2024
Mərkəzi Bank uçot dərəcəsini AZALTDI
11:52 28.03.2024
Toyda gəlinə verilən hədiyyə boşananda BÖLÜNMƏYƏCƏK
11:50 28.03.2024
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
11:45 28.03.2024
Mərkəzi Bankdan inflyasiyaya dair proqnozla bağlı AÇIQLAMA
11:43 28.03.2024
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
11:40 28.03.2024
Paşinyan "mühacir Qarabağ hökumətini" tanımadığını bildirib
11:39 28.03.2024
ABŞ-Ermənistan-Aİ müştərək konfransı Azərbaycana təzyiq planının tərkib hissəsidir - deputat Könül Nurullayeva
11:30 28.03.2024
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
11:24 28.03.2024
Ermənistan hökuməti separatçıların İrəvandakı açıqlamalarına göz yumur - BƏYANAT
11:20 28.03.2024
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
11:15 28.03.2024
Hamısı